Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM

10 Feb 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Aademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Press.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi və təbliği istiqamətində səmərəli fəaliyyət göstərmiş, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Muzeydə qorunub saxlanılan qiymətli eksponatlar və nümayiş etdirilən qədim əlyazmalar, böyük ədiblərin əsərlərinə miniatürlər, xalq yaradıcılığı və tətbiqi sənət nümunələri, görkəmli şəxsiyyətlərlə bağlı nadir sənədlər, habelə müxtəlif əsrlərə aid digər maddi mədəniyyət abidələri ziyarətçilərdə ədəbiyyatımızın bu günədək keçdiyi inkişaf yolu barədə dolğun təsəvvür formalaşdırır. Fondları daim orijinal materiallarla zənginləşməkdə olan Muzey bu gün respublikada mühüm elm və mədəniyyət mərkəzlərindən biri kimi tanınmaqla yanaşı, eyni zamanda, geniş maarifçilik işi aparmaqdadır. Muzeyin elmi kadrların hazırlanmasında və muzeyşünasların yeni nəslinin yetişməsində təqdirəlayiq xidmətləri vardır.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Oxşar xəbərlər
OTACI