Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ədalət Şükürovdan ittihamlara cavab: “Qayda pozmuşamsa, cəriməmi də ödəmişəm”

30 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin haqqında səsləndirdiyi ittihamlara cavab verib. 

Press.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşının suallarını cavabandıran Əməkdar artist məsələyə bu cür münasibət bildirib:  

“Yol hərəkət qaydalarını bir ildə 11 dəfə pozmağım şəxsən mənim üçün normal bir haldır. Gündə 200-300 dəfə qaydanı pozmamışam ki, BNA bunu bu dərəcədə şişirdərək təqdim edir. Başqalarına baxanda buna “şükür” demək olar. Qaydanı pozmuşamsa, gedib vaxtında da cəriməmi ödəmişəm. Cəriməni ödəməkdən yayınıb, heç yerə qaçmamışam. Qaydanı pozmuşam, taxsırkaram, cəriməni də ödəmişəm.  

BNA-nın rəhbərliyinə mənim heç bir etirazım yoxdur. 11 dəfə yol hərəkət qaydalarını pozmağımın da videoda toxunduğum mövzuya heç bir dəxli yoxdur. BNA ilə də heç bir şəxsi qərəzim ola bilməz. Yeri gəlmişkən, onu da bildirim ki, BNA-da mənim çox sayda yaxın dostlarım çalışır.  

Sadəcə BNA işçiləri yolunu “20 yanvar” dairəsindən salsınlar. Görsünlər ki, orada necə özbaşınalıqlar baş verir. O dairə çox pis vəziyyətdədir. BNA diqqətini ora ayırsın”.  

Qeyd edək ki, “İnstagram” hesabından video yayımlayaraq BNA-nı tənqid edən Ədalət Şükürova qurumun rəsmisi Mais Ağayev cavab vermiş, Əməkdar artisti 11 dəfə qaydanı pozmaqda ittiham etmişdi. 

Oxşar xəbərlər
OTACI