Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zabratda soyğunçuluq edən şəxs saxlanılıb

27 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zabratda soyğunçuluq edən şəxs saxlanılıb

Press.Az xəbər verir ki, Sabunçu RPİ 15-ci polis bölməsinə müraciət edən Zabrat qəsəbə sakini F.Musayev, yanvarın 21-də qəsəbə ərazisində naməlum şəxsin onun, içərisində 183 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Səfərov saxlanılıb.

Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Oxşar xəbərlər
OTACI