Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Siyasi partiyalar MSK sədrinin müraciətinə əməl etməyib

27 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Siyasi partiyalar parlament seçkiləri ilə bağlı müraciətə əməl etməyib.

Press.az-ın məlumatına əsasən, qanunvericiliyin tələbinə görə, əgər öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxslər siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla bağlı həmin siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməli idi.

MSK-nın keçən iclası zamanı komissiya sədri Məzahir Pənahov partiyalara müraciət edərək növbəti iclasa qədər siyasi partiyaların bununla bağlı məlumat vermələrini xahiş etmişdi. Amma bu müraciətə əməl olunmayıb.

M.Pənahov bununla bağlı partiyaları diqqətli olmağa çağırıb: “Ona görə də məsələ ilə bağlı heç kəs bizdən inciməsin”.

Oxşar xəbərlər
OTACI