Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MSK sədri: Namizədlərin seçiciləri hansısa yolla ələ alması yolverilməzdir

27 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

30 saylı Suraxanı seçki dairəsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətlər daxil olub və araşdırılır.

Press.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, seçicilərin hansısa yolla ələ alınması yolverilməzdir: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla ələ alınması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Oxşar xəbərlər
OTACI