Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AŞPA-ya yeni prezident seçilib - YENİLƏNİB

27 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Belçikalı senator Hendrik Daems iki il müddətinə AŞPA-nın yeni prezidenti seçilib.

O, bu vəzifədə isveçrəli deputat Liliane Maury Pasquieri əvəzləyib. 

AŞPA prezidenti iki il müddətinə seçilir.

Qeyd edək ki, AŞPA prezidentliyinə növbəti seçkilər 2022-ci ilin yanvar ayında baş tutacaq. Bu zaman AŞPA prezidenti Avropa Xalq Partiyasından seçiləcək.

*** 14:13

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayır.

Sessiya çərçivəsində quruma yeni prezident seçiləcək və belçikalı senator Hendrik Daems bu vəzifəyə yeganə namizəddir. 

O, AŞPA-nın hazırkı prezidenti, isveçrəli deputat Liliane Maury Pasquieri əvəz edəcək.

Qeyd edək ki, H.Daems Belçikanın Avropa üçün Demokratlar və Liberallar Alyansı Partiyasının prezidentidir.

AŞPA-nın qış sessiyası yanvarın 31-i başa çatacaq. 

Report

Oxşar xəbərlər
OTACI