Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ankarada zəlzələ oldu

27 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Ankara şəhərində zəlzələ olub.

Press.az-ın məlumatına görə, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb.

Qeyd edilir ki, Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olub. Zəlzələnin 5 kilometr dərinlikdə baş verdiyi təsdiqlənib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.

Oxşar xəbərlər
OTACI