Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydalar hökumətə təqdim edilib

27 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Təhsil Nazirliyi məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydaları Nazirlər Kabinetinə təqdim edib".

Press.az Report-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, yeni qaydaların qəbul edilməsi ilə fəaliyyətdə olan bir psixoloqun səyləri nəticəsində deyil, ümumilikdə, məktəb kollektivinin, rəhbərinin, sinif müəlliminin, müəllimlərin birgə fəaliyyətinin təşkili, psixoloji xidmətin daha yüksək keyfiyyətli təqdim edilməsi ilə nəticələnməsi deməkdir: "Təbii ki, bu, sadə proses deyil".

Nazir psixoloqların əməkhaqları ilə bağlı məsələyə də aydınlıq gətirib: "Psixoloqların əməkhaqları diaqnostik qiymətləndirmədən keçən müəllimlərlə müqayisədə fərqli sistemlə müəyyən edilir. Bu gün psixloqların və bir sıra digər kateqoriyadan olan təhsil işçilərinin əməkhaqları müvafiq tarif cədvəli ilə tənzimlənir. 2019-cu ildə bilavasitə diaqnostik qiymətləndirmə ilə bağlantı olmadan psixoloqların maaşları iki dəfədən bir qədər az artırılıb. Təhsil Nazirliyi diaqnostik qiymətləndirmənin, psixoloji xidmətin təşkilinin nəticəsi olaraq təhlillər aparacaq və bu kateqoriyadan olan insanların əməyinin stimullaşdırılması, həmin xidmətin təşkili, onların sayının müəyyənləşdirilməsi istiqamətində təkliflər hazırlayacaq. Bildiyiniz kimi, əməkhaqqı artımı, əlavə ştatların açılması bir sıra qurumlarla razılaşdırma formasında həyata keçirilməlidir. Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə addımlar, təşəbbüslər irəli sürüləcək".

Oxşar xəbərlər
OTACI