Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir yeni məktəbli formalarının qiymətindən danışıb

27 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Tövsiyə edilir ki, məktəbli formalarının qiyməti yüksək olmasın. Bir sıra istehsalçılar buna riayət edir".

Press.az Report-a istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, istehsalçıların özü də qiymərlərin aşağı olmasında maraqlıdır: "Çünki qiymət münasib olarsa formalar da satılar. Məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən tənzimlənmir. Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəblilərlə bağlı hər hansı ləvazimatların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir. Bu barədə hər hansı bir rəqəmin səsləndirilməsi Nazirliyin səlahiyyətləri xaricindədir. Amma qiymətlər keyfiyyət və formadan asılı olaraq, istehsalçılardan asılıdır".

Oxşar xəbərlər
OTACI