Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsveçrənin qarlı zirvələrində “Odlar Yurdu”nun hərarəti tamaşaçıları heyran etdi

27 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kuboku turniri başa çatmışdır.

Press.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çempionatda iştirak edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsünkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançılar diyarı olmasını nümayiş etdirmişdir.

25 yanvar 2020-ci il tarixində Azərbaycan komandası “St. Moritz” komandası ilə qarşılaşıb. Çox gərgin şəraitdə keçən görüşdə təmsil-çimiz böyük qələbə əzmi nümayiş etdirmiş və rəqib idmançılarımızın şiddətli müqaviməti ilə üzləşmişdir. Qarşılaşmanın yekunu olaraq “Land of Fire” komandası finala vəsiqə qazanmışdır.

Günün ikinci oyununda “Mazerati” komandası “Badrutt’s Palace Hotel” komandasına qalib gəlmişdir.

Turnir proqramına uyğun olaraq 26 yanvar tarixində turnirin üçüncüsünün müəyyən olunması üçün “Mazerati” və “Badrutt’s Pa-lace Hotel” komandaları qarşılaşmışlar. Bu görüşdə “Mazerati” ko-mandası öz rəqibindən üstün olmuşdur.

Ölkəmizi təmsil edən “Land of Fire” komandası final görüşündə turnirin ən güclü komandası sayılan “St. Moritz” komandası ilə qarşılaşıb. Gərgin və kompromissiz mübarizə şəraitində keçən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Beləliklə də, təmsilçimiz turnirin ikincisi olmuşdur.

Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Eyni zamanda turnirin ən yaxşı oyunçusu, ən yaxşı ko-

mandası və ən yaxşı atı nominasiyaları üzrə mükafatlar və hədiyyələr təqdim olunub.

Qeyd olunmalıdır ki, Beynəlxalq Polo Federasiyasının təşki-latçılığı ilə “13-cü Polo üzrə Avropa Çempionatı” 10-20 sentyabr 2020-ci il tarixlərdə Bakı şəhərində baş tutacaqdır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI