Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bürclər - 27 yanvar

27 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qoç - Dost və uzaq qohumlarla ünsiyyəti günün ikinci yarısına planlaşdırın. Çünki bu zaman ətrafdakılarla daha yaxşı dil tapmaq iqtidarında olacaqsınız. Gün ərzində gələcəkdə öz xeyrinizə istifadə edə biləcəyiniz xeyli faydalı məlumat ala bilərsiniz.

Buğa - Sizi bu gün flirt gözləyir - asanlıqla vurulur və eyni müvəffəqiyyətlə də insanları özünüzə aşiq edirsiniz. Ancaq hisslərinizi hədər sərf etməyin: bu, sizin özünüzə inamınızı bir qədər laxlada bilər. Üstəlik, alışqanlığınız gözlədiynizdən daha güclü ola bilər, həmçinin seçdiyiniz insanın da etibarlı olduğuna heç kim və heç nə zəmanət vermir.

Əkizlər - Gün təzadlıdır: daxili rahatlığınız sabit olmayacaq, yaxınlarınızla mübahisədə öz nöqteyi-nəzərinizi dəfələrlə müdafiə etməli olacaqsınız. Əhvalınızın sabitliyi ilə də öyünə bilməzsiniz - kədər və şənlik bir-birini səbəbsiz yerə və çox sürətlə əvəz edir. Yaxşı olar ki, dükan-bazar gəzib alver etməyəsiniz, bədxərcliyinizin nəticəsi pis ola bilər.

Xərçəng - Fantaziyanızı məhdudlaşdırmayın. Orijinal ideyalar yaradıcılıqda xeyli irəliləməyinizə kömək edəcək. Tələbə və müəllimlər üçün uğurlu gündür. Həmçinin biznesmenlər də bu gün şikayət etməyəcəklər. Bircə əmma var: heç bir halda ancaq öz mənafeyinizi güdməyin.

Şir - Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq və müxtəlif fəaliyyət sahələrində özünüzü ən yaxşı tərəfdən göstərmək şansınız yaranır. Potensialınız və yaradıcı qabiliyyətiniz çox yüksəkdir. Şirlər bu gün seksual bacarıqları ilə də heyrətləndirəcəklər.

Qız - Bu gün mənfi yüklü hadisələrə reaksiyanız daha güclüdür. Pis fikirləri başınızdan qovun. Nikbin olanlar böyük uğur qazanacaqlarına ümid edə bilərlər. Bunun üçün bir az da əmək sərf etmək və tərəfdaş tapmaq lazımdır.

Tərəzi - Ətrafınızda baş verənləri diqqətlə izləyin, ilk baxışdan əhəmiyyətsiz görünən xırda məsələlər sizə yeni və maraqlı ideyalar verə, gələcək üçün planlar qurmağınıza yardımçı ola bilərlər. Ancaq nəbadə planlarınızdan kiməsə bəhs edəsiniz: paxıllığınızı çəkənlərin gözünə yuxu getmir.

Əqrəb - İnsanların birliyə can atmaları, güclərini birləşdirmə cəhdləri isə həqiqətən, sevindirəcək. Hətta bir vaxtlar düşmən mövqeyində duran insanlar da müttəfiqliyə razı olacaqlar. Bu gün əsası qoyulan işbirliklərinin "ömrü" uzun olacaq.

Oxatan - Bu gün çoxlarının başı yığılıb qalmış problemlərin həllinə qarışacaq. Əlbəttə, bu perspektiv sevindirmir, üstəlik, insanlar əmindirlər ki, uğurlu nəticə əldə etmək mümkün olmayacaq. Ancaq bu yaxınlarda əldə olunan təcrübədən istifadə edərək şəraiti yaxşılaşdırmaq mümkündür. Odur ki, burnunuzu sallamağa dəyməz.

Oğlaq - Bu gün bol təəssürat yaşayacağınız bir gündür. Bunların bəziləri görüşlər və maraqlı tanışlıqlarla əlaqəlidir. Çox aludə olub başınızı itirməyin. Bu gün istəklərinizlə reallıq arasındakı sərhədi gözünüz görmür və bu səbəbdən yanılmaq ehtimalınız böyükdür. Böyük xərclər gözlənilir. Yalnız ehtiyacınız olan əşyaları alın.

Dolça - Faydalı əlaqələr qura biləcəksiniz. Yaradıcı və intellektual fəaliyyət üçün əla vaxtdır. Sadəcə, xırdalıqlara diqqət yetirməyiniz kifayət edər. İstənilən yenilik, o cümlədən şəxsi həyatınızda da xoş nəticələr verəcək. Ancaq əvvəlcədən yarınızla məsləhətləşib, ondan çox şey istəyib-istəmədiyinizə əmin olun.

Balıqlar - Bütün ciddiyyətinizlə işə girişsəniz, böyük uğurlar qazana bilərsiniz. Həyat eşqiniz və nikbinliyiniz sizi istənilən məclisin ulduzuna çevirəcək, odur ki, yeni tanışlıqlardan imtina etməyin. Nüfuzlu insanlarla görüş çox yerinə düşəcək.

Milli.az

Oxşar xəbərlər
OTACI