Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı tələbələrin Türkiyədəki zəlzələ bölgəsindən təxliyəsi üçün 2 avtobus ayrılıb

25 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın Türkiyədəki səfirliyi Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin adları qeyd olunan şəhərlərdən çıxarılması üçün iki avtobus icarəyə götürüb. 

Press.az xəbər verir ki, bu barədə Report-a səfirlikdən məlumat verilib.

Azərbaycana gəlmək üçün avtobusdan istifadə etmək istəyən tələbələrdən aşağıdakı təmsilçilərlə əlaqə saxlamaları xahiş olunur.

Elazığ şəhəri üçün- Nail Babayev (05522541582) və Musa İslamov (05319868676),

Malatya şəhəri üçün- Fuad Həsənov (05373555167) və Əli Musayev (05382055722). 

Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 22 nəfər ölüb, 1031 nəfər yaralanıb. 

Oxşar xəbərlər
OTACI