Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Parlament seçkiləri ilə bağlı daha bir kitabça nəşr edilib

24 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə bağlı daha bir kitabça nəşr edilib.

Press.az-ın məlumatına görə, “Seçki günü üçün” yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb. Kitabça məntəqə seçki komissiyalarının üzvlərinin öz vəzifələrini düzgün və qanunun tələbinə uyğun surətdə yerinə yetirmək üçün göstərilən əsas sənədlərlə dərindən tanış olmaları üçün hazırlanıb.

Qeyd edək ki, bundan öncə MSK tərəfindən namizədlər, müşahidəçilər, KİV nümayəndələri və polis əməkdaşları üçün yaddaş kitabçaları nəşr edilib.

Oxşar xəbərlər
OTACI