Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mixail Qusman: “Azərbaycanla Rusiya arasındakı tarixi və mədəni əlaqələr həmişə bir-birinə sıx bağlı olub”

24 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının məhz doğulduğum gün baş tutduğuna görə çox məmnunam. Bu tədbirə dəstək verdiklərinə və onu nəzarət altına götürdüklərinə görə Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə minnətdarlığımı bildirmək istəyirəm”.

Press.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TASS informasiya agentliyinin baş direktorunun müavini Mixail Qusman deyib.

O, bu konfransın ikitərəfli humanitar əlaqələrin inkişafı baxımından son dərəcə vacib olduğunu da qeyd edib.

“Düzü, müasir Azərbaycan tarixində Rusiyadan ictimai xadimlərdən, mədəniyyət xadimlərindən ibarət belə geniş nümayəndə heyəti gəldiyini xatırlamıram. Demək istəyirəm ki, bütün nümayəndə heyəti Bakı torpağında olmaqdan çox məmnundur. İş yalnız ənənəvi Azərbaycan qonaqpərvərliyində deyil, həm də dostluq, əməkdaşlıq və diqqət ab-havasındadır. Azərbaycanla Rusiya arasındakı tarixi və mədəni əlaqələr həmişə bir-birinə sıx bağlı olub”, - M.Qusman bildirib.

Oxşar xəbərlər
OTACI