logo
First slide

Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

24 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Energetika Nazirliyi “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi” haqqında Azərbaycan Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, “Gənc Energetiklər” könüllülük proqramının icrasına başlayıb.

Press.az-ın Energetika nazirliyinə istinadən verdiyi məlumata görə, könüllülük proqramına 18-29 yaşarası, ali təhsil müəssisələrində təhsil alan bakalavrlar və ya magistrlər müraciət edə bilərlər.

Proqram çərçivəsində könüllülər Energetika Nazirliyinin bir sıra şöbələrində 2 aylıq təcrübə qazanmaq imkanı əldə edəcəklər. Proqramın sonunda hər bir könüllüyə nazirliyin sertifikatları təqdim olunacaq.

Könüllü fəaliyyəti ilə bağlı qeydiyyat yanvarın 24-dən fevralın 17-dək davam edəcək.

Könüllülər sırasına qoşulmaq və proqramda iştirak etmək istəyən gənclər Energetika Nazirliyinin minenergy.gov.az rəsmi internet saytından “Könüllü fəaliyyəti” bölməsinə daxil olaraq elektron müraciət edə bilərlər.

Oxşar xəbərlər