Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlandı

24 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qəfərov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 2 bükümdə ümumi çəkisi 97,6 qram olan narkotik vasitə tiryək, 2 bükümdə çəkisi 7,2 qram heroin, 43 qram qurudulmuş marixuana, 49 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır

Oxşar xəbərlər
OTACI