Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı məktəbində qızları oğurlayan qadın peyda olub? - FOTO - RƏSMİ AÇIQLAMA

24 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polis araşdırmalara başlayıb

Bakı məktəbində uşaqları oğurlayan qadın peyda olması barədə iddialar var.

Bununla bağlı iki valideynin whatsapp sosial şəbəkəsində səsi yayılıb.

İddi olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbinin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Press.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatlar İdarənin nəzarətinə götürülüb.

"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi barədə açıqlama veriləcək” - deyə DİN-nin Mətbuat Xidmətindən bildirilib.

P.S. Qadının cinayət etdiyi təsdiqlənmədiyindən fotoda onun üzünü açıq göstərmirik.

Oxşar xəbərlər
OTACI