Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MSK sədri sosial şəbəkələrlə bağlı namizədlərə müraciət edib

23 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deputatlığa namizədlərə müraciət edib.

Press.az xəbər verir ki, o, namizədləri qanunvericiliyin tələblərinə uyğun davranmağa çağırıb.

"Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik. Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun davransınlar və onlara əməl edilsin”, - MSK sədri əlavə edib.

Oxşar xəbərlər
OTACI