Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Böyük qala küçəsindəki iki qəzalı binanın restavrasiyası ilin sonunadək tamamlanacaq

23 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Böyük qala küçəsi 3 və 5 ünvanındakı iki qəzalı binanın restavrasiyasının bu ilin sonuna kimi tamamlanması planlaşdırılır".

Press.az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin evlərdə yaşayan 17 ailənin hamısı müvəqqəti yaşayış yerləri ilə təmin olunub.

Ə.Ələkbərov qeyd edib ki, ilin ortalarına qədər Bakı Xanları evində yeni muzey təşkil olunacaq: "Muzeydə Bakının orta əsrlərinə virtual səyahət etmək mümkün olacaq. Bundan başqa, Qala Qoruğunda açıq səma altında və antik muzeydə ekspozisiya və sərgilər təşkil olunacaq". 

Oxşar xəbərlər
OTACI