Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paytaxtda saxta pulla telefon alan şəxs saxlanıldı

23 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşov polisə müraciət edərək bildirib ki, yanvarın 8-də gecə saatlarında Moskva prospektində naməlum şəxs ona 500 manat saxta pul ödəyərək mobil telefonu alıb.

Press.az-ın məlumatına görə, daxil olan müracət əsasında Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi çevik intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyə saxta pul buraxmaqda şübhəli bilinən Salyan rayon sakini, əvvələr CM-nin 177-ci maddəsi ilə məhkum olunan 1993-cü il təvəllüdlü Qüdrət Bayramov müəyyən olunaraq tutulub.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxta pulun mənbəyi araşdırılır.

Oxşar xəbərlər
OTACI