Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elnarə Abdullayevadan qeyri-adi təklif: İş görə bilməyən qızlar... - VİDEO

22 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mən lovğa, yekəbaş danışan insanları sevmirəm. Kimsənsə, onu da göstər. Mənim başımı xarab eləmə.

Bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “10-a qalsa” səhər şousunda gəlin-qaynana mövzusunda danışarkən deyib.

Sərt çıxışları ilə gündəmin episenterinə düşən sənətçi iş görə bilməyən gəlinləri tənqid edərək, ərə getmələrinə qarşı çıxıb:

“Mənə sənin evin, maşının lazım deyil. Göstərməsən də, sonda mən özüm sənin kim olduğunu gün üzünə çıxardacağam. Adam var qıza elçi gedir, deyir ki, qızım heç nə etmə, dur bura gəl. Gəlnimi işlətmə. Guya sən bu qızı aparıb evində işlətməyəcəksən ki? Bu nə söhbətdir axı? Əvvəlcədən elə demək doğru deyil. Qapıdan evə girəndə kim olduğunu qıza göstər. Xalqın övladını bədbəxt etmə.

Gedirsən camaatın evinə dolanırsan dolan, dolanmırsansa evini dağıtma. Söz götürə bilməyəcəksənsə, o evə getmə.

Atalarımız yaxşı deyib: “Əzabsız göz, sözsüz ev olmaz”. Normal azərbaycanlı ocağında, evində mütləq söz-söhbət olur. Mənim də evimdə söz-söhbət olur. Amma o söz-söhbəti götürüb, uda bilib, yola verəcəksənsə, onda qal, o evdə yaşa. Əgər evdə “belə edərəm, lap o yana da keçərəm” deyəcəksənsə, getmə. Otur atanın evində.

İndi də ortalığa təzə mövzu çıxıb, “Mənim qızım iş görə bilmir”. Əgər bir qız ki, iş görə bilmirsə, onu nəyə görə ərə verirsən? Şəxsən mən elçi getsəm və eyni sözü valideyinlərindən eşitsəm, söyləyərəm ki, nə zaman qızın iş görməyi bacarar, xəbər edərsən, gələrəm. Bir gəlin ki iş görə bilmir, öz qızını hara göndərirsən? Nə görəcək axı bu anası ölmuş? (gülür)

Qızına yaxşı biş-düşü, ev işləri görməyi öyrət. Bu sözlərim həm oğlan, həm də qız övladlarına aiddir. Əgər oğlunu və ya qızını evləndirirsənsə, xalqın uşağını bədbəxt eləmə. Məqsədin onu xoşbəxt etmək olmalıdır. Xoşbəxt edə bilməyəcəksənsə, gedib qapıları döymə”.

 

Oxu.az

Oxşar xəbərlər
OTACI