Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”yə: “Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb?”

22 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu şəhərdə”nin Sumqayıtdakı konserti təxirə salınıb.

Bu barədə komandanın instaqram səhifəsində məlumat verilib.

Qeyd olunub ki, martın 1-2-si üçün nəzərdə tutulan proqram baş tutmayacaq:

“Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si “Bu şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.

Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zalnan danışılır. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu şəhərdə”yə Sumqayıtda icazə vermədilər”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Modern.az-a açıqlama verib:

“Konsertin keçirilməsi ilə bağlı bizə müraciət olunub. Məktublara da prosedur qaydasına uyğun olaraq cavab veriləcək. Onlar haradan bilə bilərlər ki, məktuba baxılmayıb? Əslində bu barədə mən Müşviq bəylə danışdım, bildirdim ki, məktubun baxılması məsələsi hardasa bir neçə gün vaxt alır. Tam baxılandan sonra cavab veriləcək. Əgər istəsələr konsert təşkil olunacaq”.

Oxşar xəbərlər
OTACI