Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Energetika naziri “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktorunu qəbul edib

22 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Energetika naziri Pərviz Şahbazov “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Regis Agutu qəbul edib. Görüşdə “Abşeron” layihəsinin icra vəziyyəti və “Total” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Press.az-ın məlumatına görə, Energetika naziri Pərviz Şahbazov “Abşeron” layihəsi çərçivəsində görülən işləri, ölkənin daxili tələbatının ödənilməsində böyük qaz-kondensat ehtiyatlarına malik bu yatağın rolunu yüksək qiymətləndirib. Nazir yataqda hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə maraqlanıb.

“Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Regis Agut “Abşeron” layihəsini hər iki tərəfin maraqlarına cavab verən layihə kimi dəyərləndirib. Xəzər dənizində ən dərin quyunun qazılması da daxil olmaqla “Abşeron” yatağında hasilata başlanması istiqamətində həyata keçirilən işlər barədə məlumatları diqqətə çatdırıb. Regis Agut bildirib ki “Abşeron” yatağından ilk qazın əldə edilməsi 2021-ci ildə nəzərdə tutulur.

Görüşdə “Total” şirkətinin enerji transformasiyası prosesində roluna və bərpa olunan enerji sahəsindəki fəaliyyətinə də toxunulub. Energetika Nazirliyi və “Total Eren” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə imzalanmış “Anlaşma Memorandumu” xatırladılıb və bərpa olunan enerji layihələri üzrə keçiriləcək hərraclarda şirkətlə əməkdaşlığın davam etdirilməsi niyyəti ifadə edilib.

Oxşar xəbərlər
OTACI