Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı polisi telefon oğrularını saxlayıb

22 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı polisi telefon oğrularını saxlayıb

Press.Az xəbər verir ki, Bakı ŞBPİ və Yasamal RPİ 27-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da və 8-də vətəndaş V.Cəfərovun və S.Soltanovanın mobil telefonlarını oğurlayan Bakı şəhər sakini E.Məmmədov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da rayon ərazisində bir avtomobildən mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI