Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət qeydiyyat nişanlarını oğurlayıb başqa maşına taxan şəxs saxlanıldı

22 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə yanvarın 18-də Türkan qəsəbə sakini N.Məmmədovun “Forland” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Press.az-a daxil olan məluymata əsasən, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan “Daewoo” markalı avtomobilin hərəkətdə olması aşkar edilib.

Qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hadıyev Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI