Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Binəqədi rayonunda həmyaşıdını öldürən şəxs məhkəmə qarşısında

22 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Pərvin Çərkəzovun (1997-ci il təv.) CM-nin  120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Press.Az xəbər verir ki, ötən il iyunun 24-ü səhər saat 4 radələrində Binəqədi rayonu, Ağamalıyev küçəsi, 6 ünvanında bıçaqlanma baş verib. Nəticədə bud nahiyəsindən yaralanan Kamran Abdullayev Kliniki Tibbi Mərkəzə çatdırılanda kəskin qan itirmədən vəfat edib.

Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb, 4-cü polis bölməsinin əməkdaşları keçirilmiş istintaq-əməlliyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Pərvin Çərkəzov saxlanılıb.

Məlumata görə, iki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış yanvarın 29-na təyin edilib.

Oxşar xəbərlər
OTACI