Xızı sakinindən «Revolver» götürülüb
Press.Az xəbər verir ki, Xızı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Kərimovun evinin həyətindən nömrəsi silinmiş “Revolver” tipli tapança və 4 ədəd patron aşkar edilib.
RPŞ İstintaq bölməsində CM-nin 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb.