Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MSK sədri: Məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur

22 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələr cəmiyyətimizin ayrlmaz bir hissəsinə çevrilib. Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur.

Press.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda keçirilən seminar-müşavirədə deyib. Onun sözlərinə görə, dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur.

M.Pənahov vurğulayıb ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Biz dairə seçki komissiyasının qərarlarını ləğv edəndə özümüzü güclü hesab etmirik. Bu, bizdə məyusluq yaradır. Çünki keçirdiyimiz tədbirlərin boşa getdiyi təəssüratı ortaya çıxır. Buna görə də vaxtında qanunun tələblərinə cavab verən addımlar atmalıyıq”.

Oxşar xəbərlər
OTACI