Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş nazirin müavini: “Aİ ilə əməkdaşlıq sazişinin tezliklə imzalanacağına ümid edirəm”

22 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycan hökuməti və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq sazişi üzrə işlər aparılmaqdadır".

Bunu Baş Nazirin müavini Əli Əhmədov  Aİ-nın maliyyələşdirdiyi “Avropa standartlarına çatmaq üçün Dövlət Statistika Komitəsinə dəstək” layihəsi ilə bağlı tədbirdə deyib.

O qeyd edib ki, həmin işlərin yaxın zamanda yekunlaşacağına ümid edir: "Azərbaycan Aİ ilə əmıkdaşlıqda maraqlıdır və daim bu prinsiplərə sadiq qalıb. Ümid edirəm ki, tezliklə bu işlər yekunlaşacaq və saziş imzalanacaq".

Hökumət rəsmisi həmçinin sözügedən layihənin uğurla icra edildiyini vurğulayıb.

Report

Oxşar xəbərlər
OTACI