logo
First slide

Bakıda “əlil maşını” ilə təhlükə yaradan sürücü barədə araşdırmalara başlandı - RƏSMİ

21 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda əks yola çıxan avtomobilin sürücüsü ilə bağlı araşdırma başlanılıb.

Press.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, ərazidə yerləşən kameraya baxış keçirildikdən sonra avtomobil və sürücüsü müəyyən olunacaq:

“Qanunvericiliyə uyğun olaraq, sürücü barəsində tədbirlər görüləcək. Təəssüflər olsun ki, əlillər üçün verilən maşınla da hadisələr törədənlər az deyil. 2019-cu ildə də əlillərin də iştirak etdiyi yol-nəqliyyat hadisələri qeydə alınıb”.

V.Əsədov sürücülərə də müraciət edib.

“Sürücülər qaydalara riayət etməlidirlər. Nə özlərinin, nə də kiminsə həyatını təhlükəyə atmasınlar. Ərazidə polis olmasa da, kimsə onların qayda pozuntusunu çəkir. Bütün bunları nəzərə alıb, qaydaları pozmayın”.

Qeyd edək ki, Bakıda əlillər üçün verilən “OKA” markalı maşının yaşlı sürücüsü əks yola çıxararaq, nəqliyyatın digər iştirakçıları üçün təhlükə yaratması barədə videogörüntü yayılıb.

Oxşar xəbərlər