Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zakir Həsənov: “Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının uğurla inkişaf edəcəyinə əminəm”

21 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir”.

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan da eyni dəstəyi Gürcüstan tərəfindən bütün beynəlxalq qurumlarda görür: “Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq planı imzalanıb. Sənəddə birgə təlimlər və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

Z.Həsənov Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Report

Oxşar xəbərlər
OTACI