Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kirayə mənzillər bu qiymətə olsun – EKSPERT

21 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gündən etibarən mətbuatda kirayə üsulu ilə veriləcək evlərin siyahısı və qiymətləri açıqlanıb.

Kirayə mənzillərin qiyməti Bakının bütün ərazilərində 1 850 manat ətrafında dəyişir.

Əhalinin çoxdan gözlədiyi kirayə mənzil layihəsinin bu qiymətə olması ictimaiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar hesab edir ki, İpoteka Fondunun təklif etdiyi kirayə mənzil layihəsinin ilkin qiymətləri heç də uğurlu deyil.

Məsələnin aktuallığını nəzərə alaraq ekspertə müraciət etmək və vətəndaşları məmnun edəcək çıxış yollarını müəyyən etməyə çalışdıq. Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, müvafiq ərazilər üzrə orta bazar qiyməti orta kirayə qiymətlərindən çox da yüksək olmamalıdır.

“İpoteka Fondundan da açıqlanıb ki, bu, ilkin rəqəmlərdir. Bu rəqəmlər yəqin ki, dəyişiləcək. Eyni zamanda burda nəzərdən qaçırmaq lazım deyil ki, qeyd olunan rəqəmlər bütün zonalar üçündür. Hesab edirəm ki, bu hal da doğru deyil. Məsələn Sumqayıtla Qara Qarayev-Neftçilər zonası oxşar ola bilməz. Bu mənada İpoteka Fondu yəqin ki, ən qısa zamanda yekun mövqeyini açıqlayacaq.

Bu məsələyə mənzilin 1 kvadratmetrinin dəyərinin formalaşması ilə yanaşmaq doğru deyil. Bizə vacib olan aylıq kirayə qiymətləridir. 2, 3, 4 otaqlı mənzillər üzrə analoji ərazilərin qiymət fərqləri ilə məsələyə baxılmalıdır.

Eyni zamanda bir məsələni nəzərdən qaçırmaq lazım deyil ki, İpoteka Fondunun müəyyən xərcləri var. O xərclərə təmir işləri ilə yanaşı, İpoteka istiqrazları üzrə illik faiz dərəcləri də daxildir. Çünki İpoetka Fondu həmin mənzilləri yerləşdirdiyi istiqrazlardan daxil olunan gəlirlər hesabına alır. Həmin istiqarzlar illik 3 faizlə yerləşdirildiyinə görə, bu xərclər də mənzillərin qiymətində nəzərə alınacaq.

Lakin bütün hallarda müvafiq ərazilər üzrə orta bazar qiyməti orta kirayə qiymətlərindən çox da yüksək olmamalıdır. Misal üçün, ərazi üzrə Qara Qarayevdə iki otaqlı mənzilin kirayə qiyməti 350-400 AZN təşkil edirsə, İpoteka Fondunun təklif etdiyi rəqəm bundan 50-60 manat fərqlənə bilər, daha iki dəfə yox. Sözsüz ki, bu məsələdə əlçatanlıq məsələsi var ki, bu da azalır. Amma hər halda İpoteka Fondunun son mövqeyini gözləməyə dəyər”,-deyə ekspert əlavə edib.

Oxşar xəbərlər
OTACI