Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaçmazda şadlıq evində tavan uçdu: Ölən var

21 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaçmazda şadlıq evində ölüm hadisəsi baş verib. 

Hadisə “Aygün” şadlıq sarayında qeydə alınıb. 

Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədov Rəşid Hümmət oğlu şadlıq evinin toy zalındakı gipsalitdən olan asma tavanında çilçıraq bağlayarkən tavanın bir hissəsi uçub. 

Nəticədə, altı metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Qeyd edək ki, R.Məmmədov şadlıq evində fəhlə olaraq çalışıb.

Faktla bağlı araşdırma aparılır. 

Oxu.az

Oxşar xəbərlər
OTACI