Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ötən gün ərzində qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat - RƏSMİ - ÖZƏL

21 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2020-ci il yanvar ayının 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

DİN-in Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılmışdır.

Oxşar xəbərlər
OTACI