Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yayıb

21 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın Mülki Aviasiya Təşkilatının Ukraynaya məxsus ”Boeing” təyyarəsinin vurulması haqqında ikinci ilkin hesabatı onu göstərir ki, təyyarə ZRK "Tor-M1" kiçik hərəkət radiuslu "yer-hava" tipli iki raketi tərəfindən vurulub.

Press.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının saytında dərc edilmiş sənəddə bildirilir.

Hesabatdan göründüyü kimi, “Boeing 737-800”-ə şimaldan iki “Tor-M1” “yer-hava” tipli raket atılıb. Raketlərin dəyməsindən sonra təyyarə yaşayış sahəsindən yuxarıda sürətlə hündürlüyü itirməyə başlayıb, sonra əyləncə parkındakı "maneə" ilə toqquşub və yerə düşüb. Təyyarə sonra futbol meydançasına keçib, tamamilə dağılıb və alova bürünüb.

Sənədə əsasən təyyarə Tehrandan yerli vaxtla saat 6:12-də uçub, hava maşını 8,1 min fut (2,4 min kilometr) hündürlükdə olanda “Boeing”lə əlaqə itib. Layner saat 6:15-də və 6:18-də iki dəfə ilkin müşahidə radarlarından itib. 

Mehrabad aeroportunun ilkin müşahidə radarlarının məlumatına görə, saat 6:15 təyyarə hərəkət istiqamətindən kənara çıxıb və sağa dönməyə başlayıb və "ehtimal ki," üç dəqiqə boyunca aeroporta tərəf uçuş davam edib. Sonra təxminən saat 6:18-də radarlardan itib.

Oxşar xəbərlər
OTACI