Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mövlud Çavuşoğludan 20 Yanvarla bağlı paylaşım - FOTO

20 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Press.Az-ın məlumatına görə, XİN rəhbəri bu barədə özünün "Facebook" səhifəsində yazıb. 

 “Qardaş Azərbaycanın azadlığı uğrunda 30 il əvvəl canlarını qurban verən 20 yanvar şəhidlərini rəhmətlə anıram”, - deyə o bəyan edib. 

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Oxşar xəbərlər
OTACI