Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda mikroavtobus qəzasındakı yaralılarla bağlı RƏSMİ AÇIQLAMA

20 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçay-İsmayıllı avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəstəxanaya yerləşdirilib.

Press.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə,  mikroavtobus ilə minik avtomobili toqquşub:

“Hadisə zamanı bir nəfər vəfat edib. Xəsarət alan beş nəfər İsmayıllı Rayon Xəstəxanasına gətirilib. İkisinin vəziyyəti ağırdır. Reanimasiya şöbəsinə yerləşdiriləcək”. 

R.Əliyeva qeyd edib ki, yaralılardan digər üçünə isə ambulator yardım göstərilib.

Oxşar xəbərlər
OTACI