Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Böyük Britaniya səfiri: "20 Yanvar faciəsində həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaq"

20 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Press.az-ın xəbərinə görə, səfir bu barədə öz sosial şəbəkə hesabında yazıb.

“Artıq 30 ildir ki, Azərbaycan xalqı 20 Yanvar - Qanlı Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır. Yanvar şəhidləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi rol oynamışlar. Böyük Britaniya höküməti və öz adımdan Azərbaycan xalqına və şəhid olanların ailələrinə dərin hüznlə başsağlığımı çatdırıram. Bu faciədə həyatını itirənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”, - səfir əlavə edib.

Oxşar xəbərlər
OTACI