Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rəqqasə Renkanı Ərəbistanda qaçırmaq istədilər: "Əlindən güclə qaçdım"

19 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məhşur rəqqasə Rəna Ağamuradova (Renka) Ərəbistandaki səyahətindən danışıb.

Rəqqasə səyahətə müəlliməsi ilə yollandığını bildirib, Buta.ws-ə özəl açıqlama verib. 

Jurnalistlərimizin "evlənmə təklifi edən oldumu?" sualına "Bazarda olduğumuz zaman, onlardan biri əlimdən tutdu. Deyəsən məni qaçırıb, evlənmək istəyirdi. Axır ki, məni əlindən aldılar" deyə cavab verib.

Məhşur rəqqasə şəhərlərin təhlükəli olduğunu, az qalsın oğurluq qurbanı olacağını da açıqlayıb. Motosikletli şəxslərin çantasını aparmaq istədiyini, polisin məsələni həll etdiyini bildirib. 

Ərəbistana nə üçüb getmişdiniz? "Çəkilişlər, videorolik üçün. Həm də çoxdandır oralara səyahət etmək istəyirdim. Şərqi çox sevirəm. Dubay indi daha moderndir. Mərakeşi daha çox sevdim. Hər kəs deyir orda qəşəng qızlar olur, ancaq mən görmədim. Mağazalar hədiyyə verirdilər. Gəzmək çox yaxşı bir şeydir."

Nə qədər pul xərclədiniz? 

"O qədər də çox yox, təxminən beş min manat"

Oxşar xəbərlər
OTACI