Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zelenski İranda vurulmuş təyyarədə həlak olanların cəsədlərini belə qarşılayır - VİDEO

19 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Kiyev aeroportunda İranda vurulan təyyarədə həlak olanların cəsədləri qarşılanır.

Ukrayna mətbuatının məlumatına görə, qarşılanma mərasimində Prezident Vladimir Zelenski başda olmaqla hökumət nümayəndələri, sadə vətəndaşlar iştirak edir.

Tehrandan Kiyevə 11 nəfərin cəsədi göndərilib. Onlardan doqquzu sərnişin, ikisi isə ekipaj üzvüdür.

Tabutlar Ukrayna bayrağına bükülü vəziyyətdə, matəm musiqisinin müşaiyəti ilə təyyarədən endirilir.

Aeroportda həlak olan şəxslərin mənsub olduğu ölkələrin – İran, Kanada, Britaniya və İsveçrə bayraqları dalğalanır.

Oxşar xəbərlər
OTACI