Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda qəbiristanlıqlar qarət edildi - VİDEO

19 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncənin qəbristanlıqlarından oğurluq faktları qeydə alınır.

Sonuncu belə hadisə bu gün səhər saatlarında baş verib.

Şəhərin ən iri qəbristanlıqlarından olan el arasında “İmamzadə” qəbrsitanlığı kimi tanınan 2 saylı qəbristanlıqda güldanlar oğurlanıb.

Ümumiyyətlə bu gün Gəncənin qəbristanlıqlarında sözügedən vəziyyət çıxılmaz həddə çatıb.

Əsasən aliminum və digər metallardan ibarət güldanlar, eləcədə qəbir ətrafı bəzək əşyaları aparılır. Çox böyük ehtimalla oğurlanan əşyalar metal əritmə müəssisələrinə müəyyən məbləğ qarşılığında satılır.

Qəbristanlıq ərazilərinin böyük olması da problemin qarşısını almaqda çətinlik yaradan əsas amillərdəndir. Baxmayaraq ki, bu qəbristanlıqların hər birinə iki gözətçi ayrılıb.

Lakin gözətçilər ərazilərə tam nəzarət edə bilmir. Çıxış yolu kimi qərbiristanlıqda çalışan şəxslər ölü sahiblərinə məzarların üzərinə qoyulan əşyalara ad və ya hər hansı bir iz qoymağı tövsiyyə edir.

Problemlə bağlı hüquq mühafizə orqanı əməkdaşları da məlumatlandırılıb. Polis tərəfindən bu insanlığa sığmayan əməlləri edən şəxslərin axtarışları davam etdirilir.

Məlumat üçün qeyd edək ki, Gəncə şəhərində 4 qəbristanlıq var.

Bunlardan üçü müsəlman, biri isə rus qəbristanlığıdır.

Baku.ws

Oxşar xəbərlər
OTACI