Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MEK 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş sərgi təşkil edib

17 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu il xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 30 ili tamam olur.

Press.az-ın məlumatına görə. bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi açılıb. Sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 dekabr 2019-cu il tarixli “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq təşkil edilib. Sərgidə “Azərbaycan terrorizmin caynağında” (Sülhiyyə Musaqızı), “Vətən yanğısı” (Budaq Budaqov), “Şəhidlər dağı” (Anar), “Şəhid idmançılar” (Dilqəm Quliyev), “Qara yanvar şəhidləri” (Qulu Kəngərli), “Azərbaycan Dövlət Neft Akademiyasının Yanvar şəhidləri” (Siyavuş Quliyev, İmran Cəfərzadə), “Dünyamızın 20 Yanvar faciəsi” (Haci Niftalı Şıxlar), “Mən şahidəm ki…” (Şakir Yaqubov), “20 Yanvar hadisələri, sənədlər, mövqelər, şərhlər” (Aydın Balayev, Rasim Mirzə), M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Şəhidlər” biblioqrafiyası, “Vətən ağrısı, torpaq yanğısı”, (Allahyar Xocalı), “Şəhidlər dastanı” (Abdulla Qurbani), Azərbaycan Milli Elmlər Akademiyasının nəşri olan “20 Yanvar şəhidləri” və digər kitablar nümayiş olunur.

Qeyd edək ki, sərgilənən kitablar MEK-in elektron kataloqunda yer alaraq Milli Rəqəmsal Yaddaş bazasında da yerləşdirilib.

Sərgi yanvar ayının 30-dək davam edəcək.

Oxşar xəbərlər
OTACI