Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü bu aya planlaşdırılır

17 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti görüşü yanvar ayına planlaşdırılıb.

Press.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

“Görüşün bu il, çox güman, bu ayın sonunadək keçirilməsini planlaşdırırıq. Dünən Kaspşik ilə görüşdük və bu məsələni müzakirə etdik. Həmsədrlər ilin əvvəlində görüş təklif edirlər və Azərbaycan tərəfi danışıqların davam etdirilməsi fikri ilə tam razıdır”, - E.Məmmədyarov deyib.

Onun sözlərinə görə, görüşün yeri və vaxtı dəqiqləşdirilir.

Qarşıdakı görüş zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin növbəti tarixi müəyyənləşdiriləcək.

Oxşar xəbərlər
OTACI