Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilib

17 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ravalpindi şəhərində Azərbaycan Mdafiə Nazirliyi ilə Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.

Müdafiə Nazirliyindən Press.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.

 

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda protokol imzalanıb.

 

Oxşar xəbərlər
OTACI