Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bakı Metropoliteni"QSC: “Həzi Aslanov” stansiyasının eskalatoru əsaslı təmir olunur

15 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. 

Bu barədə Press.az-a qurumdan bildirilib. 

Məlumatda deyilir ki, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150 min km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır. 

Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Oxşar xəbərlər
OTACI