Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda təyyarənin vurulması işi üzrə bir neçə şəxs həbs olunub

14 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda Ukrayna təyyarəsinin vurulması ilə əlaqədar bir neçə şəxs həbs edilib.

Press.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi Qulamhüseyn Esmaili məlumat verib.

Q.Esmaili həbslərlə bağlı əlavə məlumat verməyib.

Öz növbəsində İran Prezidenti Həsən Ruhani qəzanın səbəblərini və başvermə şəraitini araşdırmaq məqsədi ilə ölkə rəhbərliyinin məhkəmə sistemində xüsusi struktur yaradacağını söyləyib.

Xatırladaq ki, Tehrandan Kiyevə uçan “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfərin hamısı ölüb.

Sonradan təyyarənin səhvən İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu məlum olub.

Oxşar xəbərlər
OTACI