Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Okan Bayülgən Alim Qasımovu təəccübləndirən sözə görə üzrxahlıq etdi - VİDEO

13 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyəli aparıcı Okan Bayülgən Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın verilişində qonaq olduğu zaman yaşanan anlaşılmazlığa aydınlıq gətirib.

Aparıcı efirdə işlətdiyi sözün Azərbaycanda böyük səs-küyə səbəb olduğunu öyrənib və bununla bağlı açıqlama verib: 

"Alim Qasımova "Siz çox özəl sənətçisiniz və yanınızda dəyərli sənətçi qızınız var. Nə qızınıza güzəşt edirsiniz, nə də yanınızda olan musiqiçilərə" dedim. Mən o sözü çox diqqətli şəkildə türk sözləri ilə ifadə edərək dedim. Məgər "kayırmak" bambaşqa məna verirmiş.

Biz də bir şey anlamadıq. Əgər anlasaydıq həmin hissəni kəsərdik. Bizə qonaqlarımız da məlumat vermədi. Təbii ki, belə bir niyyətim ola bilməz. Əgər üzr istəmək lazımdırsa, üzr istəyirəm".  

Baku.ws

Oxşar xəbərlər
OTACI