Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Röya və Mətanət İsgəndərlidən xeyirxah addım - VİDEO

07 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xalq və Əməkdar artist əl-ələ verib, bayram günlərindən bir tələbəyə sevinc bəxş ediblər.

Xəzər TV-də yayımlanan “5-də-5” axşam şousuna gələn ana, oğlunun təhsil haqqını ödəyə bilmədiyi səbəbi ilə müraciət edib. Proqramın aparıcısı Zaur Kamal ötən verilişdə qonaq olan Xalq artisti Röya Ayxana “Biz 2020-ci ildən belə bir kampaniyaya başladıq. Tələbələrin təhsil haqlarını ödəyirik” kimi fikir irəli sürüb.

Röya “Mən də istərdim, bir neçə tələbənin təhsil haqqını ödəyim. Çünki təhsilə ödənilən pul yaddaşdan silinmir”, - deyə cavab verib. Zaurun “1500 manat verərsən?” sualına xalq artisti müsbət reaksiya bildirib. Verilişin aparıcısı isə Röyanı bu addımına görə alnından öpüb.

Anaya pulla dolu zərfi uzadan Zaur “2200 manatdan qaldı 700 manat” deyib. Bu anda isə canlı efirdə qonaq olan Əməkdar artisti Mətanət İsgəndərli “Qalan 700 manatı isə mən ödəyərəm” deyib, ailənin üzünü güldürüb. Sevincdən gözləri dolan ana ilə bala onlara kömək göstərdikləri üçün hər iki sənətçiyə minnətdarlığını bildiriblər.

Müğənnilərin bu cür addım atması isə cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.

Oxşar xəbərlər
OTACI