Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Afətdən gözlənilməz addım: Məhkəmə iddiasından vaz keçdi - VİDEO

04 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dahi Nəsiminin “Sığmazam” qəzəlini musiqi ilə oxuyan müğənni Afət Fərmanqızı növbəti dəfə gündəmə gəlib.  

Sənətçi ATV-də yayımlanan “Ən yaxşı” axşam şousunda Xalq artisti Flora Kərimovadan söz açıb.  

Fərmanqızı Kərimovanın ünvanına xoş sözlər yollayaraq, onun haqqında müsbət fikirlər səsləndirib: 

“Bizim evdə Flora xanımın mahnılarından ibarət diski var. Onun sənətinə və insanlığına çox böyük hörmətim var. O, gənclərə hər zaman dəstək olub. Amma şəxsən mənə Flora xanım dəstək olmasa da, bilirdim ki, ondan hansısa bir kömək istəsəm, əsirgəməyəcək”.  

Verlişin aparıcı Mətanət Əliverdiyevanın “Məhkəməyə Flora Kərimova ilə bağlı yazdığın ərizəni geri götürə bilərsən?” sualına Afət Fərmanqızının cavabı gözlənilməz olub: 

“Baş üstə! Ərizəmi geri götürürəm. Sizin sənətinizə, böyüklüyünüzə və Mətanət xanımın sözünə baş üstə deyib, sözümün üstünə dururam. Düşünürəm ki, Flora xanım mənə ünvanladığı o neqativ və mənfi sözləri demək istəməyib. Nə cürsə desə də, amma “keçənə güzəşt” deyirlər. Lənət olsun şeytana”. 

Qeyd edək ki, tərəflərin münasibətinin korlanmasına səbəb xalq artisti Flora Kərimovanın Afət Fərmanqızının “Sığmazam” qəzəlini oxumasını tənqid etməsi olub. Sənətkar bir sıra proqramlarda müğənnini tənqid edərək, onun ünvanına xoşagəlməz ifadələr işlədib. Hər iki müğənni aralarında yaşanan soyuq savaşı məhkəmədə davam etdirmək qərarına gəliblər.  

Oxu.az

Oxşar xəbərlər
OTACI