Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Bizim dünyamız” adlı tədbir keçirildi - FOTOLAR

14 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

8 Dekabr 2019-cu il tarixində Araxçın MMC/Silent Communication komandası Beynəlxalq Əlillər Günü ilə əlaqədar məhdudiyyətli uşaqları bir araya toplayaraq “Bizim dünyamız” adlı tədbir təşkil etdi.

Tədbiri komandanın koordinatoru Könül Quliyeva eşitmə və nitq məhdudiyyətli balaca Aydanla açaraq hər kəsi salamladı. Aydan da öz növnəsində jest dilində hər kəsi salamlayaraq tədbirin aparıcıları Nübar Əbilqızı və Samir Bayramlını səhnəyə dəvət etdi. Bütün tədbir boyu danışıqları jest dilinə Silent Communication komandasının rəhbəri, jest dili tərcüməçisi Şamil Sabirzadə tərcümə etdi. 

Tədbirdə bir çox tanınmış simalar iştirak ediblər. “Ümidlə gəl” xeyriyyə layihəsinin direktoru, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse presidenti Hacı Quliyev, Suna Kasımoğlu, Dilarə Kazımova, Roza Zərgərli, Ramil Nabran, Cahan qrupu, Nicat Məhərrəmov, Ayaz Babayev. Rəsul Əfəndiyev çıxış edərək məhdudiyyətli uşaqlara dəstək oldular.

Oxşar xəbərlər
OTACI